Ağsuda taxıl sahəsi yandı

Google+ Pinterest LinkedIn Tumblr +

Ağsu rayonunda taxıl sahəsində yanğın baş verib.

Biosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Bico kəndi ərazisində qeydə alınıb.

Əraziyə Ağsu rayon dövlət yanğından mühafizə hissəsinin 3 yanğınsöndürən avtomobili və 18 nəfər canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. Hadisə nəticəsində 2,6 hektar biçilmiş, 0,40 hektar isə biçilməmiş taxıl sahəsi yanıb.

Hazırda dəymiş ziyanın məbləği müəyyənləşdirilir, yanğının başvermə səbəbləri araşdırılır.

Paylaş