İtburnu və mələz itlərə qarşı müharibə

Google+ Pinterest LinkedIn Tumblr +

Finlandiya hökuməti qırışıqmeyvəli itburnu növünü (Rosa rugosa) zərərverici bitkilər siyahısına salıb. Beləcə, bu növün idxalı və satışı qadağan olunub.

Bitkini əvvəlcə parklardan, bağlardan, su hövzələrindən yığışdırmağa çalışacaqlar. Mütəxəssislər deyir ki, qırışıqmeyvəli itburnu çox sürətlə yayılaraq başqa bitkilərin inkişafına mane olur.

Bundan əlavə ölkədə it və canavarın cütləşməsindən yaranan mələz köpək növlərinə qadağa qoyulub. Belə köpəkləri olan vətəndaşlara onları ölənə qədər saxlamağa icazə verilsə də yeni nəslin töərdilməsi və ölkəyə gətirilməsi qadağan olunub.

Paylaş