Yevlax sakini ağacdan yıxılaraq ölüb

Google+ Pinterest LinkedIn Tumblr +

Yevlax sakini tut yığmaq üçün çıxdığı ağacdan yıxılaraq ölüb.

ONA-nın məlumatına görə, hadisə Yevlax şəhəri, Qamboy Quliyev küçəsi 3/13 ünvanındakı fərdi təsərrüfatda baş verib.

Belə ki, tut yığmaq üçün hündür ağaca qalxan 1960-cı il təvəllüdlü rayon sakini Həsənov Tofiq Xanış oğlu müvazinətini itirərək yerə yıxılıb. Zərbənin təsiri ilə o, çoxsaylı ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş