Kürdəmirdə taxıl zəmisi yandı

Google+ Pinterest LinkedIn Tumblr +

Kürdəmir rayonunda biçilməmiş taxıl zəmisində yanğın baş verib.

Biosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Yenikənd kəndi ərazisində Fikrət Məcid oğlu Abdullayevə məxsus taxıl zəmisində qeydə alınıb. Hadisə şahidlərinin bildirdiyinə görə, taxıl biçini aparılarkən kombaynın səsboğucu borusundan od püskürüb və 2 hektar sahə tamamilə yanıb.

Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub. Yanğın söndürülüb və digər sahələrə keçməsinin qarşısı alınıb.

Hazırda fermerə dəyən ziyan araşdırılır.

Paylaş