Ağdamda çay daşdı – İki nəfər köməksiz qaldı

Google+ Pinterest LinkedIn Tumblr +

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – “qaynar” telefon xəttinə daxil olan məlumatda Qarqarçay çayında suyun səviyyəsinin kəskin artması nəticəsində çayın Ağdam rayonunun Əfətli kəndi ərazisindən keçən hissəsində iki nəfərin (çoban) və təxminən 500 baş xırdabuynuzlunun köməksiz vəziyyətdə qaldığı bildirilib.

FHN-dən Biosfer.az-a bildiriblər ki, nazirliyin Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Qarabağ Regional Mərkəzinin və Ağdam Rayon İcra Hakimiyyətinin yerli qüvvələri tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində həmin iki nəfər və heyvanlar xilas olunaraq təhlükəsiz əraziyə təxliyə edilib.

Paylaş