Brakonyerliyə görə REKORD CƏRİMƏ

Google+ Pinterest LinkedIn Tumblr +

Malayziyanın şimalında yerləşən Kuala-Trenqanu şəhərinin məhkəməsi iki vyetnamlı brakonyerə rekord məbləğdə – 375 min dollar cərimə təyin edib.

Biosfer.az “The Star” qəzetinə istinadla xəbər verir ki, 2019-cu ilin aprelində həbs olunan Vyetnam vətəndaşlarından onlarla bəbir, tapir və malay ayısı dərisi aşkarlanıb.

Məhkəmənin qərarına əsasən, cərimədən əlavə brakonyerlər iki il həbs cəzasına məhkum olunub. Cərimə ödənilməsə, onlar 16 il azadlıqdan məhrum ediləcəklər.

Paylaş