Kürdəmirdə 12 yaşlı qızı it dişlədi

Google+ Pinterest LinkedIn Tumblr +

Kürdəmir rayonunda 12 yaşlı qızı it dişləyib.

Biosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Muradxan kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 2007-ci il təvəllüdlü Xanım Rəfael qızı Məmmədovanı it dişləyib. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yeniyetməyə quduzluq əleyhinə peyvənd vurulub.

Paylaş