Köpəkbalığı sörfçünün ayağını qopardı

Google+ Pinterest LinkedIn Tumblr +

Fransada dəniz sahilində faciə baş verib.

Biosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Reyunyon sahillərində sörfçüyə köpəkbalığı hücum edib. Hadisə Sen-Lyu şəhərciyinə yaxın yerdə baş verib. Həmin ərazidə sörfinqlə məşğul olmaq qadağan edilsə də, 28 yaşlı gənc dostları ilə birlikdə dənizə daxil olub.

Az sonra sörfçü dənizdə gözdən itib. Dostları onun çığırtısını eşidərək, gənci xilas etmək istəsələr də, onu tapa bilməyiblər və sahilə geri dönüblər.

Gəncin cəsədi bir neçə saat sonra xilasedicilər tərəfindən aşkar edilib. Məlum olub ki, oğlana köpəkbalığı hücum dib və onun ayağını qoparıb. Nəticədə, gənc oğlan qanaxmadan ölüb.

Paylaş