İtaliyanın səkkiz regionunda hava şəraiti ilə bağlı xəbərdarlıq etdi

Google+ Pinterest LinkedIn Tumblr +

İtaliyanın səkkiz regionunda yaşayan insanlara əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq olunub.

Biosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, ölkənin Liquriya, Pyemont, Lombardiya, Emiliya-Romanya, Veneto, Toskana, Umbriya və Latsio bölgələrində həyəcan siqnalı elan edilib.

Güclü fırtına, aramsız leysan yağışları səbəbindən Siciliya və Lipari adaları arasında bərə ilə yük daşınması dayandırılıb.

Paylaş