Yer kürəsi ətrafında milyardlarla kosmik qırıntı hissəciyi fırlanır

Google+ Pinterest LinkedIn Tumblr +

Bir millimetrdən on santimetrə qədər ölçüyə malik bir milyarddan çox kosmik fəza qırıntısı Yerətrafı orbitdədir.

Biosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Hava-Kosmik Qüvvələri Qoşunlarının Elmi-Tədqiqat Mərkəzinin nümayəndəsi Oleq Aksenov bildirib.

“Bu gün mütləq ifadədə xırda hissəciklərin miqdarı 1,25 milyard qiymətləndirilir”, – deyə o, Moksvada keçirilən kosmik problemlər üzrə konfransda bildirib.

Aksenovun sözlərinə görə, söhbət 1 millimetrdən 10 santimetrə qədər ölçüyə malik hissəciklərdən gedir.

NASA tərkibindəki Conson adına Kosmik Mərkəz bölməsinin saytında dərc edilmiş məlumatlara əsasən orbitdə 1-10 santimetrə qədər 500 min obyekt və 1 millimetrdən çox 100 milyon hissəcik mövcuddur. Onların uçuşunun sürəti saniyədə 7-8 kilometrdən 10-15 kilometrə qədər təşkil edir. Onların sürəti güllələrdən on dəfə çoxdur.

Paylaş