ABŞ-da tufan 5 nəfərin ölümünə səbəb oldu

Google+ Pinterest LinkedIn Tumblr +

Tufan ABŞ-ın cənub ştatları ərazisində beş nəfərin həlak olmasına səbəb olub.

Biosfer.az TASS-a istinadən xəbər verir ki, üç nəfər Missisipidə həlak olub. Bir nəfər Alabamada, daha bir nəfər isə Floridada təbii hadisənin qurbanı olub.

Təbii hadisə əvvəlcə üç ştatda tüğyan edib – Florida, Alabama və Corciyada. Missisipi, Cənubi və Şimali Karolina, habelə Virciniyanın bəzi ərazilərində də həmçinin qasırğa gözlənilir.

Paylaş