Yunanıstanın Santorini adasının limanının bir hissəsi güclü külək və hündür dalğalar səbəbindən dağılıb.
Biosfer.az xəbər verir ki, fırtına səbəbindən limanın quruda olan hissəsinə ağırlıq düşüb və onun bir hissəsi su altına gedib. Problemi turizm fəslindən əvvəl həll etmək üçün təcili təmir işləri başlayıb. Təmir işlərinə infrastruktur və nəqliyyat nazirliyi tərəfindən nəzarət edilir.
Qeyd edək ki, kəskin hava şəraiti Yunanıstanın bir çox bölgələrində fəsadlar yaradıb.