Kətan toxumu çeynəməyin 3 MÖCÜZƏVİ TƏSİRİ

Google+ Pinterest LinkedIn Tumblr +

Kətan toxumu və yağının daxilə qəbulunun faydaları barədə çox yazılıb. Amma maraqlısı odur ki, toxumları çeynəmək də orqanizmə şəfaverici təsir göstərir.

Biosfer.az medicina.az-a istinadən kətan toxumunu çeynədikdə orqanizmdə baş verən prosesləri təqdim edir:

– Bağırsaqların mikroflorası bərpa olur
– Turşuluq aşağı düşür
– Orqanizm toksinlərdən təmizlənir
– Dəri və saçların vəziyyəti yaxşılaşır

Necə etməli?

Gecədən 1 xörək qaşığı toxum stəkana tökülüb, üzərinə soyuq su alınır. Səhər əvvəlcə suyu içilir. Həmin su səhərə kimi toxumlardan çıxan seliklə bir qədər şirəli olacaq.

Daha sonra toxumlardan az-az ağzınızda çeynəyirsiniz. Uda bilməsəniz də eybi yoxdur. Yaxşıca çeynəyib atın.
15 dəqiqə sonra 1 stəkan ilıq su için. 15 dəqiqə sonra səhər yeməyini yeyə bilərsiniz.

Çalışın həftədə 1-2 dəfə bu prosesi təkrarlayasınız.

Paylaş