Tayvanda güclü zəlzələ: əhali təxliyyə edilir – FOTO

Google+ Pinterest LinkedIn Tumblr +

Tayvan adasında 6,1 maqnitudalı zəlzələ baş verib.

Biosfer.az Rusiya KİV-inə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində Taibei şəhərində binalar silkələnib.

Hökumət metronun bağlanmasına və dəmir yolu rabitəsinin dayandırılmasına dair qərar qəbul edib. Yerli KİV-in məlumatına görə, iki malayziyalı turist Taroko Milli Parkında üstlərinə daş düşməsi ilə əlaqədar xəsarət alıb.

Əhalinin binalardan, eləcə də vətəndaşların təhsil müəssisələrindən təxliyyəsi həyata keçirilir, xüsusi qərargah yaradılıb.

Çin Seysmologiya Mərkəzinin məlumatına görə, zəlzələnin maqnitudası 6,7-dən yüksək olub.

Paylaş