Türkiyənin Hatay bölgəsində 2 saat davam edən güclü yağış selə səbəb olub.
Biosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sel nəticəsində Antakya rayonunda orta məktəbin istinad divarı uçub, 10 maşın suyun altında qalıb. Bundan başqa bəzi evləri də su basıb. Ağacların yıxılması nəticəsində telefon xətləri sıradan çıxıb.
Əraziyə gələn polis və xilasetmə dəstələri təhlükəsizlik tədbirlərini gücləndirib.