Çikaqoda çovğun: 1000-dən çox aviareys təxirə salındı

Google+ Pinterest LinkedIn Tumblr +

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərinin iki hava limanında qar qasırğası səbəbindən 1000-dən çox aviareys təxirə salınıb.

Biosfer.az TASS-a istinadən xəbər verir ki, məlumata görə, O’Hara beynəlxalq hava limanında vəziyyət kritik olaraq qalır.

“Yaz küləyi O’Harada orta hesabla 49 dəqiqə gecikmə yaradıb, ləğv edilmiş reyslərin sayı 978-ə çatır. Qarın təmizlənməsi və buzun aradan qaldırılması üçün komandalar təyin olunub, lakin aviaşirkətdə reysin statusunu yoxlamaq lazımdır”, – deyə aeroportun “Twitter” səhifəsində yazılıb.

Digər məlumata görə, Miduey hava limanında 148 reys ləğv olunub.

ABŞ-ın Milli Meteorologiya Xidmətinin məlumtına əsasən, Çikaqoda havanın temperaturu +1 dərəcə təşkil edir. Sulu qar yağmaqda davam edir.

Paylaş