ABŞ-da 13 tornado baş verdi – Ölənlər var

Google+ Pinterest LinkedIn Tumblr +

ABŞ-ın Texas və Missisipi ştatlarında 13 tornado baş verib.

Biosfer.az xəbər verir ki, Missisipi ştatının Monro dairəsində tornado nəticəsində 2 nəfər həlak olub.

Bundan əlavə, Texasın Franklin şəhərində tornado 2 nəfərin ölümünə, təxminən 10 nəfərin isə xəsarət almasına səbəb olub.

Texas, Missisipi, Missuri, Alabama və Luizana ştatlarında 150 mindən artıq ev və müəssisə elektrik enerjisiz qalıb.

Paylaş