Qəzalı vəziyyətdə olan “Fukusima-1” AES-in operatoru “Tokyo Electric Power” şirkəti tezliklə stansiyanın 3 nömrəli reaktorundakı yanacaq millərinin çıxarılmasına başlayacaq.
Biosfer.az xəbər verir ki, operatorun yaydığı məlumata görə, həmin işlərə aprelin 15-də başlanacaq. Burada 566 yanacaq mili yığmasının olduğu qeyd edilib. Şirkətdən bildirilib ki, əvvəlcə istifadə edilməmiş yeddi yığmanın başqa tikiliyə köçürülməsi üçün krandan istifadə olunacaq.
Şirkət işləri 2021-ci ilin martınadək yekunlaşdırmağı planlaşdırır.