Quba-Xınalıq yolunda yenidən uçqun təhlükəsi var

Google+ Pinterest LinkedIn Tumblr +

Ötən gün günorta saatlarında Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən və yolun hərəkət hissəsinə tökülərək yolu bağlayan qaya parçaları əraziyə cəlb olunmuş xüsusi texnikaların köməkliyi ilə axşam saatlarında təmizlənərək hərəkət bərpa olunub.

Biosfer.az ONA-ya istinadla xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən  verilən məlumata görə, ərazidə yenidən qaya parçalarının uçqunu təhlükəsi var. Sürücülərə sözügedən yoldan zərurət olmadığı təqdirdə istifadə etməmək tövsiyə olunur.

Təhlükə ilə bağlı əraziyə xüsusi xəbərdaredici nişanlar quraşdırılacaq.

Paylaş