Rusiyalı alimlər tullantılardan ekoloji cəhətdən təmiz enerji alınması prosesini daha effektli sürətləndirən katalizatorun tərkibini müəyyən ediblər. Sənayedə praktik tətbiqini tapa biləcək işin nəticələri “Catalysis Letters” nüfuzlu beynəlxalq jurnalında dərc edilib.
Biosfer.az xəbər verir ki, tullantılardan enerjini ikimərhələli prosesin gedişində almaq mümkündür. Birinci mərhələdə tullantılar qaz fazasına ötürülür. Alınan qarışıq əsasən karbon monooksidi, hidrogen və su buxarından ibarət olur. İkinci mərhələdə bu qarışıq kataliz reaktorunda yandırılır.
Bu metod üçün daha perspektivlisi dəmir oksidlərinin və alüminium Fe2О3+Al2О3 qarışığından əmələ gələn katalizatordur. Onun aktivliyi CuO mis oksidi əlavə olunduqda əhəmiyyətli dərəcədə artır. Bu katalizatoru təkmilləşdirməkdən ötrü kataliz prosesinin mexanizmini araşdırmaq və onun dəmir oksidinin əlavə edilməsindən sonra əmələ gələn aktivliyinin səbəbini öyrənmək vacibdir.
“Kurçatov İnstitutu” Milli Tədqiqatlar Mərkəzinin mütəxəssisləri Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Kataliz İnstitutundan və Novosibirsk Dövlət Universitetindən olan həmkarları ilə birgə bərk yanacaqların qazlaşdırılmasında əsas məhsul olan karbon monooksidinin katalizatorla qarşılıqlı təsir prosesində bu aktivliyin mahiyyətini tədqiq ediblər. Tədqiqat Kurçatov İnstitutunda yerləşən “struktur materialşünaslıq stansiyasında “XANES” rentgen spektroskopiyası üsulunun köməyi ilə aparılıb.
“Bu üsul rentgen şüalanmasının udulma əmsalının ölçülməsinə əsaslanır. “XANES” üsulu elementlərə həssasdır, bu da hər atom tipi yanında mikrostrukturu ayrılıqda tədqiq etməyə imkan verir. “XANES” eksperimental spektrinin təhlilindən metal atomlarının kimyəvi vəziyyəti barədə mühüm informasiyanı almaq mümkündür”, – deyə Kurçatov Sinxrotron-Neytron Tədqiqatları Kompleksinin rəhbəri Nikita Marçenkov “RİA Novosti”yə izah edib.
Katalizator zamanı misin dəmirdən əhəmiyyətli dərəcədə güclü bərpa olunması məlum olub. Mütəxəssislər tərkibi 5 faiz CuO, 78 faiz Fe203 və 17 faiz AI203 olan katalizatorun daha aktiv olmasını hesablayıblar.
Tədqiqatçıların sözlərinə görə, bu katalizatorun baha olmaması gələcəkdə ondan sənayedə fəal şəkildə istifadə edilməsinə imkan verir. Məsələn, bu katalizatorun qaynayan qatında yanacağın yandırılması enerjinin daha perspektivli alınma üsulu ola bilər. Əsas üstünlüklərdən biri də təklif olunan texnologiyanın yüksək ekoloji təhlükəsizliyidir. Belə ki, bu zaman yanacağın yanması prosesində əmələ gələn zəhərli maddələrin tullantıları minimumadək aşağı düşür.