Kiyevdə Azərbaycan diplomatiyasının 100 illiyi ilə bağlı ağacəkmə aksiyası keçirildi – FOTOLAR

Google+ Pinterest LinkedIn Tumblr +

Azərbaycan diplomatiyasının 100 illiyi münasibətilə Ukraynanın paytaxtı Kiyev şəhərində “100 ədəd ağac əkək!” aksiyası keçirilib.

Biosfer.az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə keçirilən aksiyada SOCAR-ın Ukrayna üzrə nümayəndəliyi, Azərbaycanın Ukraynadakı Ticarət Evinin, səfirliyin nümayəndələri, Azərbaycan və Ukrayna iş adamları iştirak edib.

Səfir Azər Xudiyev aksiya zamanı bildirib ki, bu cür tədbirlərin keçirilməsinin əsas məqsədi səfirlik tərəfindən yaradılan parklarda yaşıllığı daha da artırmaqdır. Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər davam etdirilməlidir. Bu il diplomatiyamızın 100 illiyi qeyd edilir. Azərbaycanın xarici siyasəti ölkəmizə olan hədə və təhdidlərin qarşısının alınması, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz və işğalının nəticələrinin aradan qaldırılması, zəbt olunmuş ərazilərimizdə qeyri-qanuni əməllərin qarşısının alınması kimi məqsədlərə xidmət edir.

SOCAR-ın Ukrayna üzrə baş direktoru Elçin Məmmədov bu cür aksiyaların keçirilməsini yüksək qiymətləndirib və qeyd edib ki, əsas məqsəd ətraf mühitin qorunmasına töhfə verməkdir.

Sonra Kiyevdə Müslüm Maqomayev adına Parkda və Azərbaycan-Ukrayna Dostluq Parkında ağaclar əkilib, suvarma işləri aparılıb.

Paylaş