Şahdağ və Hirkan milli parklarında “Çex modeli” üzrə nişanlanma işləri aparıldı

Google+ Pinterest LinkedIn Tumblr +

Çexiyalı mütəxəssislər Şahdağ və Hirkan milli parklarında milli parkların əməkdaşlarına, Dövlət Turizm Agentliyinin və bir sıra turizm şirkətinin nümayəndələrinə treninqlər keçib və təyin olunan marşrutlar üzrə nişanlanma işləri aparıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Biosfer.az-a bildiriblər ki, bir çox ölkələrdə tətbiq olunan “Çex modeli” üzrə turist marşrutlarının nişanlanması işlərinin digər milli parklarda da aparılması planlaşdırılır. Bu nişanlar turistlərin cığırlardan kənara çıxmamalarına və marşrut üzrə rahat hərəkət etmələrinə xidmət göstərəcək.

Qeyd edək ki, turizm cığırlarının bu üsulla nişanlanmasının tətbiqi Azərbaycanda ekoturizm fəaliyyətinin müasir standartlara uyğun qurulmasına şərait yaradacaq.

Xatırladaq ki, bu ilin əvvəlində Çexiya Respublikasının ölkəmizdəki səfiri və ekologiya və təbii sərvətlər naziri arasında keçirilmiş görüşdə Azərbaycanın bir sıra milli parklarında turist cığırlarının “çex modeli” üzrə nişanlanmasına razılıq verilib.

Paylaş