Çində mindən çox hərbçi və yanğınsöndürən, o cümlədən 3 helikopter ölkənin cənub-qərbində yerləşən Sıçuan əyalətində yenidən başlayan meşə yanğınlarını söndürməyə çalışır.
Biosfer.az “Sinxua” agentliyinə istinadla xəbər verir ki, ötən həftə təbiət yanğınları azı 30 yanğınsöndürənin həyatına son qoymuşdu. Onlar Lyanşan-İy muxtar rayonunun Muli qəzasında meşə yanğınının söndürülməsində iştirak edirdilər.
Martın 30-da başlayan meşə yanğınlarının qarşısını aprelin 2-də almaq mümkün olsa da, güclü külək səbəbindən alov yenidən yayılmağa başlayıb. Bundan başqa, Yuesi və Myannin rayonları ərazisində iki yeni yanğın ocağı meydana gəlib.