Aysberq dağıldı – Turistlər ölümdən son anda xilas oldular – VİDEO

Google+ Pinterest LinkedIn Tumblr +

İslandiyada turistlər son anda ölümdən xilas olublar.

Biosfer.az ölkə.az-a istinadən bildirir ki, Breydamerkyuryökyudl aysberqinin böyük bir hissəsi qoparaq suya düşüb. Nəticədə nəhəng dalğalar yaranıb. Bu zaman isə daşlı sahildə dayanan turistlər qaçmağa başlayıblar. Xoşbəxtlikdən dalğalar sahilə çatana qədər turistlər ərazini tərk ediblər.

Tur rəhbəri Stefen Mantler bildirib ki, bir az qorxulu olsa da, hamı xilas ola bilib. Onun sözlərinə əsasən, turistlər özlərini itirməyiblər və dərhal ərazini tərk ediblər.

Qeyd edək ki, Breydamerkyuryökyudl aysberqi turistlərin sevimli məkanıdır. Burada bir sıra film və reklam çarxları çəkilib.

Paylaş