Balqabaq tumunun 4 faydası

Google+ Pinterest LinkedIn Tumblr +

Balqabaq bitkisi olduqca faydalıdır.

Xüsusən də, tumları çiy halda qəbul edilsə, bir çox problemləri aradan qaldırar. İndi isə, gəlin həmin problemlərlə tanış olaq :

1. Aşağı qan təzyiqi

Boranı toxumu hiponatremiyanın qarşını almağa kömək edir. Bu isə, qan təzyiqini normaya salır. Siçovullar üzərində 12 həftəlik aparılan tədqiqatda məlum olub ki, hər gün boranı tumu qəbul etmək aşağı qan təzyiqi problemini aradan qaldırır.

2. Xərçəng

Balqabaq tumu xərçəng xəstəliyinin qarşısını almağa kömək edir. Xüsusən də, prostat xərçənginin çoxalmasına mane olur.

3. Sümük ağrıları

Balqabaq tumu maqnezium, kalsiyum, sink, fosfor və manqan kimi bir çox faydalı minerallarla zəngin olduğundan sümük ağrılarının azalmasına kömək edir.

4. Böyrək daşları

Son araşdırmalar göstərir ki, hər gün boranı tumu qəbul edilsə, bədəndə olan zərərli maddələr məhv olar və böyrək daşları əriməyə başlayar (Milli.Az).

Paylaş