Kətan toxumu və yağının daxilə qəbulunun faydaları barədə çox yazılıb. Amma maraqlısı odur ki, toxumları çeynəmək də orqanizmə şəfaverici təsir göstərir.
Biosfer.az medicina.az-a istinadən kətan toxumunu çeynədikdə orqanizmdə baş verən prosesləri təqdim edir:
-Bağırsaqların mikroflorası bərpa olur
-Turşuluq aşağı düşür
-Orqanizm toksinlərdən təmizlənir
-Dəri və saçların vəziyyəti yaxşılaşır
Necə etməli?
Gecədən 1 xörək qaşığı toxum stəkana tökülüb, üzərinə soyuq su alınır. Səhər əvvəlcə suyu içilir. Həmin su səhərə kimi toxumlardan çıxan seliklə bir qədər şirəli olacaq.
Daha sonra toxumlardan az-az ağzınızda çeynəyirsiniz. Uda bilməsəniz də eybi yoxdur. Yaxşıca çeynəyib atın.
15 dəqiqə sonra 1 stəkan ilıq su için. 15 dəqiqə sonra səhər yeməyini yeyə bilərsiniz.
Çalışın həftədə 1-2 dəfə bu prosesi təkrarlayasınız.