Rusiya və Yunanıstanda zəlzələ oldu

Google+ Pinterest LinkedIn Tumblr +

Rusiyanın Kamçatka diyarında Rixter cədvəli ilə 4,7 bal gücündə zəlzələ baş verib.

Biosfer.az xəbər verir ki, yeraltı təkanlar Sakit okeanın sahilində, Petropavlov-Kamçatka şəhərindən152 kilometr məsafədə qeydə alınıb. Hadisə nəticəsində hər hansı bir dağıntının olmadığı deyilir.

Bundan başqa, Yunanıstanda da Rixter cədvəli ilə 5,3 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Qalaksidi şəhərinin cənub-qərb hissəsində olub. Yeraltı təkanlar Afina şəhərində də hiss olunub.

Paylaş