Türkiyədə yeni bitki növü tapıldı

Google+ Pinterest LinkedIn Tumblr +

Türkiyənin İzmir şəhərinin Ege Universitetinin müəllimi Həsən İldırım yeni endemik bitki növü aşkar edib.

Biosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, şəhərin Tirə bölgəsində bioloji müxtəliflik layihəsi çərçivəsində aparılan araşdırmalar əsnasında tapılan bitki “Tirə çanı” adlandırılıb. Qayalıqların arasında yetişən bu flora növü 1200 metr ərazini əhatə edir.

Hazırda bitkinin bioloji tərkibi araşdırılır.

Paylaş