Rusiyalılara QADAĞA: bu su hövzələrində çimə bilməyəcəklər

Google+ Pinterest LinkedIn Tumblr +

Rusiyalılar bundan sonra muzey-qoruqların hüdudları daxilində yerləşən su hövzələrində nə çimə, nə də kabab bişirə biləcəklər. Bu gündən təbiət abidələri sayılan su ehtiyatlarının mühafizə olunmasına dair qanun qüvvəyə minib.

Biosfer.az bu barədə Rusiya KİV-lərinə istinadla xəbər verir.

Bu qanun Federasiya Şurasının spikeri Valentina Matviyenkonun rəhbərliyi ilə deputat və senator qrupu tərəfindən işlənib hazırlanıb. Su Məcəlləsinə və “Muzey fondu haqqında” Qanuna dəyişikliklər rusiyalıların muzey-qoruqlarda yerləşən çay, göl və digər su hövzələrinin sahil xətlərində olması qaydalarını dəqiqləşdirir.

Rusiyada 12 muzey-qoruğun su ərazisi ilə əlaqəsi var. Onların hamısında su hövzələrinin mühafizəsi ilə bağlı buna bənzər problemlər mövcuddur. Təşəbbüsün müəllifləri qeyd ediblər ki, qoruq olan su obyektlərində vətəndaşların nəzarətsiz olması təkcə orada ekskursiyalar keçirməyə maneçilik törətmir, həm də təbiət abidələrinin qorunmasına təhlükə yaradır. Bununla yanaşı, Su Məcəlləsi rusiyalılara bu vaxtadək onların şəxsi və məişət ehtiyacları üçün istifadə hüququ verirdi.

Bu su hövzələrində balıq tutmağa indi yalnız yerli sakinlərə icazə veriləcək. Muzey-qoruqların qonaqları üçün isə qaydalar müəyyənləşdiriləcək. Məsələn, onlara qayıqlarda sahilə yaxınlaşmaq və ya orada çimmək qadağan edilə bilər. Su obyektlərinin ziyarət olunması qaydaları açıq səma altındakı muzeyin rəhbəri tərəfindən müəyyən ediləcək. Bu qaydalarla ziyarətçilər idarənin saytında da tanış ola biləcəklər.

Paylaş