“Air Canada” aviaşirkətinin təyyarəsi Ottava hava limanına eniş edərkən quş sürüsü ilə toqquşub.
Biosfer.az TASS-a istinadən xəbər verir ki, bu barədə CBC telekanalı məlumat verib.
Bildirilir ki, Airbus A321 təyyarəsində 170 sərnişin və 8 ekipaj üzvü var olub. Toqquşma nəticəsində laynerin mühərriklərindən biri zədələnib. Hadisə nəticəsində xəsarət alan olmayıb.