ABŞ-da itlər iki yaşlı uşağı parçaladı – FOTO

Google+ Pinterest LinkedIn Tumblr +

ABŞ-ın Kaliforniya ştatında damdan qaçan iki Rotveyler cinsindən olan it həyətdə oynayan azyaşlıya hücum edib.

Biosfer.az bildirir ki, bu barədə məlumatı “New-York Post” qəzeti yayıb. İki yaşlı oğlana hücum edən itlər onu parçalayaraq öldürüblər.

Hadisə Kaliforniyanın Fresno şəhərində baş verib. Öldürülən uşağın adı məlum olub. Jaysiah Chavez adlı uşaq qonşusunun itlərinin qurbanı olub. Uşağın nənəsi itləri qovmağa çalışsa da, itlər onu da dişləyiblər.

Hadisə yerinə gələn polislər uşağı “Community Regional Medical Center”ə çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. (milli.az)

Paylaş