Bakıda atmosfer havasına atılan tullantıların miqdarı artıb

Google+ Pinterest LinkedIn Tumblr +

Ötən il ölkədə stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2017-ci illə müqayisədə 37,9 min ton azalaraq, ümumilikdə, 1122,6 min ton təşkil edib. Bunun 84,6 faizi və ya 950,2 min tonu avtomobillərdən atılan tullantıların payına düşüb. Stasionar mənbələrdən atılmış zərərli maddələrin həcmi 6,4, avtomobillərdən atılmış maddələrin həcmi isə 2,7 faiz azalıb.

Bu barədə Biosfer.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdən atmosferə təmizlənmədən atılan zərərli maddələrin 57,9 faizi təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilib. Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənaye müəssisələrində yeni qaztəmizləyici qurğuların istifadəyə verilməsi, mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması və texnoloji proseslərin təkmilləşdirilməsi nəticəsində hava hövzəsinə il ərzində 1,2 min ton zərərli maddələrin atılmasının qarşısı alınıb. Tullantıların həcmi sənaye mərkəzlərindən olan Mingəçevir şəhərində 4,7, Şirvan şəhərində 1,9, Sumqayıt şəhərində 0,3 min ton azalıb, Bakıda isə 7,9 min ton artıb.

Atmosferə atılmış bütün zərərli tullantıların 66,7 faizini karbohidrogenlər, 12,1 faizini azot oksidi, 9,7 faizini karbon oksidi, 0,4 faizini kükürd anhidridi, qalan hissəsini isə digər çirkləndirici maddələr təşkil edib.

Paylaş