İranda daşqın nəticəsində ölənlərin sayı 32 nəfərə çatdı

Google+ Pinterest LinkedIn Tumblr +

İranda daşqınlar nəticəsində ölənlərin sayı 32, yaralıların sayı isə 200 nəfərə çatıb.

Biosfer.az “Radio Fərda”ya istinadən xəbər verir ki, leysan yağışları nəticəsində İranın paytaxtı Tehran şəhərinin bir hissəsini, o cümlədən ölkənin 31 əyalətindən 28-də şəhər və qəsəbələri basıb.

Çaylarda daşqın olub. Tehranda bəzi dəmiryolu səfərləri təxirə salınıb. Ölkə paytaxtı yaxınlığındakı Qan-Sulekanir avtomobil yolununda 7 metr uzunluğunda, 6 metr enində sürüşmə əmələ gəlib. Tehranın şimalında yerləşən məşhur turizm rayonları Dərbənd və Darakda restoranlar və texniki xidmət stansiyaları, martın 26-da isə İran paytaxtındakı “Nəhcül Bəlağə” parkı da bağlanıb.

Təbii fəlakət nəticəsində Qazaxıstan-Türkmənistan-İran beynəlxalq dəmiryolu xəttinə ciddi zərər dəyib.

Sinoptiklərin proqnozuna görə, martın 27-də də leysan yağışları davam edəcək.

Paylaş