Sabirabadda iti güllələyən şəxs saxlanıldı

Google+ Pinterest LinkedIn Tumblr +

Sabirabadda tüfənglə həmkəndlisinin itini vuran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Biosfer.az-a verilən məlumata görə, martın 25-də Sabirabad rayonunun Moranlı kənd sakinlərindən biri rayon Polis şöbəsinə ərizə ilə müraciət edib, həmin gün saat 12 radələrində, ona məxsus itin həmkəndlisi A.İsmayılov tərəfindən tüfəngdən açılmış atəşlə vurulmasını bildirib.

Polis əməkdaşları tərəfindən A.İsmayılov saxlanılıb, ondan 1 ədəd müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

Bundan başqa, Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən Aşağı Ləki kənd sakini H.Əliyevdən 1 ədəd müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Paylaş