Nazirlikdən KÜLƏK XƏBƏRDARLIĞI

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Biosfer.az-a verilən məlumata görə, martın 24-ü axşamdan 26-sı səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s olacaq, 25-də isə yarımadanın bəzi yerlərində arabir 30 m/s-yə çatacaq.

Fasilələrlə yağış yağacaq. Havanın temperaturu 6-8° isti olacaq.

Paylaş