Kimyəvi məhsullar zavodunda PARTLAYIŞ: ölənlər var

Google+ Pinterest LinkedIn Tumblr +

Çinin Ciansu vilayətində kimyəvi məhsullar istehsal edən zavodda baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb, 30 nəfər yaralanıb.

Biosfer.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Yançen şəhərindəki sənaye parkında baş verib. Güclü partlayış nəticəsində ətrafdakı digər istehsal sahələri dağılıb, yaxınlıqdakı evlərin şüşələri sınıb. Dağıntılar altında fəhlələrin qaldığı güman olunur.

Hadisə yerinə 176 yanğınsöndürən avtomobil, habelə xeyli polis və mülki müdafiə işçisi, təcili yardım briqadaları cəlb olunub.

Paylaş