Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ: binalar çatladı, evlər dağıldı, yaralananlar var – FOTO

Google+ Pinterest LinkedIn Tumblr +

Bu səhər Türkiyədə güclü yeraltı təkanlar qeydə alınıb.

Biosfer.az xəbər verir ki, Dənizli bölgəsində baş verən zəlzələ 6,2 maqnitudada olub. Zəlzələdən dərhal sonra 4,5 və 4,8 bal gücündə avterşoklar olub.

Zəlzələnin episentri isə 11,36 km dərinlikdə olub.

Yeraltı təkanlar qonşu şəhərlərdə də hiss edilib. Hadisə nəticəsində taxta evlərdə və hündür binalarda çatlar meydana gəlib.

Zəlzələ nəticəsində üç nəfər yüngül xəsarətlər alıb. Bu barədə Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlər Agentliyinin məlumatında bildirilir.

Paylaş