Oğuz, Şəmkir və Tovuz rayonlarında 5500 ting əkildi

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bu yaz özün bir təbiət yarat!” devizi altında keçirdiyi yaz ağacəkmə aksiyaları respublikanın rayonlarında da davam edir.

Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a bildiriblər ki, Oğuz, Şəmkir və Tovuz rayonlarında keçirilən aksiyalarda nazirliyin Regional Meşə Təsərrüfatı Mərkəzlərinin və yerli idarəetmə orqanlarının əməkdaşları tərəfindən ümumilikdə 10 hektar ərazidə 5500 müxtəlif meyvə və meşəcinsli ağac əkilib.

Yaz ağac əkini aksiyaları respublikanın digər rayonlarında da davam etdirilir.

Paylaş