Güclü küləyin FƏSADLARI: 15 binanın dam örtüyü uçdu

Google+ Pinterest LinkedIn Tumblr +

Gürcüstanın paytaxtı Tbilisidə dünəndən etibarən əsən güclü külək ciddi fəsadlara səbəb olub.

Biosfer.az “Report”a istinadən xəbər verir ki, şəhərdə 15 binanın dam örtüyü uçub, 10 avtomobil, 14 ağac, 4 reklam lövhəsi və 1 işıqfora ziyan dəyib.

Təbiət hadisəsinin yaratdığı problemlərlə bağlı Fövqəladə Halların İdarə olunması Xidmətinə 68 müraciət daxil olub.

Gürcüstanda qeyri-sabit hava şəraitinin martın 19-u, günün ikinci yarısına qədər davam edəcəyi gözlənilir.

Paylaş