Zimbabvedə “İdai” tropik qasırğası səbəbindən 65 nəfər həyatını itirib.
Biosfer.az xəbər verir ki, hadisə nəticəsində onlarla insan itkin düşüb. Axtarış-xilasetmə tədbirləri minlərlə insanın zərər çəkdiyi Manikaland vilayətində davam etdirilir.
Güclü yağışlar nəticəsində 5 böyük körpü dağılıb və buna görə də zərərçəkən rayonlara giriş çətinləşib.