Külək reklam lövhələrini uçurtdu – FOTO

Google+ Pinterest LinkedIn Tumblr +

Bakıda dünən axşamdan güclənən külək fəsadlara səbəb olub.

Biosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, güclü külək nəticəsində, bir sıra ərazilərdə ağaclar aşıb, reklam lövhələri uçub.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumatda bildirilirdi ki, Bakıda və Abşeron yarımadasında martın 17-si axşamdan 19-u gündüzədək şimal-qərb küləyinin sürətinin 15-18 m/s, arabir 20-25 m/s olacağı, martın 18-də yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı, martın 20-də axşam kəsiləcəyi gözlənilir.

Paylaş