Martın 16-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Bakı Nəqliyyat Agentliyinin birgə təşkilatçılığı ilə Zığ – Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun ətrafında ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, yaz ağacəkmə aksiyasında 2,5 hektar ərazidə 1600 badam ağacı əkilib.