Boliviyada güclü zəlzələ baş verib.
Biosfer.az xarici mətbuata əsaslanaraq xəbər verir ki, maqnitudası 6 olan yeraltı təkanlar səhər saatlarında qeydə alınıb.
Zəlzələnin episentri Koçabamba şəhərindən 68, Tarata şəhərindən isə 39 km cənubda yerləşib, dərinlik 55 km olub.
Tələfat və dağıntı barədə məlumat verilmir.