Balakəndə 550 hektardan çox sahədə yazlıq bitkilər əkilib

Google+ Pinterest LinkedIn Tumblr +

Balakən rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkininə başlanılıb. Qısa müddətdə 554 hektar sahədə yazlıq əkin aparılıb.

Biosfer.az xəbər verir ki, məhsul istehsalçıları indiyədək 264 hektar sahədə kartof və 203 hektarda tərəvəz bitkiləri əkib, 87 hektar sahəyə yonca səpiblər.

Təsərrüfatlarda, eyni zamanda, tütün əkini üçün şitillərin yetişdirilməsi və taxıl əkinlərinə aqrotexniki xidmət işləri də davam etdirilir.

Paylaş