ABŞ-da qasırğa: ölənlər və itkin düşənlər var

Google+ Pinterest LinkedIn Tumblr +

ABŞ-ın Alabama ştatının cənub-şərqində qasırğa nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

Biosfer.az xəbər verir ki, təbii hadisə nəticəsində daha bir neçə nəfər itkin düşüb. Alabama ştatının hakimiyyət orqanları 7-8 nəfərin taleyini müəyyən edə bilməyiblər. Li dairəsinin şerifi Cey Cons bu sayın azalacağına ümid etdiyini bildirib.

Onun sözlərinə görə, daha əvvəl onlarla insan itkin düşmüş hesab edilirdi. Ancaq axtarış əməliyyatlarının gedişatında onların bir qismi tapılıb.

Daha əvvəl bildirilirdi ki, Alabama ştatında qasırğa nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

Paylaş