“Pakş” AES-də xəbərdarlıq tətili

Google+ Pinterest LinkedIn Tumblr +

Macarıstandakı “Pakş” Atom Elektrik Stansiyasının mühafizə xidmətinin əməkdaşları onların rəsmən xüsusi firmanın tabeliyinə verilməsi barədə qərara etiraz əlaməti olaraq iki saatlıq xəbərdarlıq tətili keçiriblər.

Biosfer.az xəbər verir ki, xidmətin 35 əməkdaşının hamısı tətildə iştirak edir. Bəyanatda bildirilir ki, qanunvericiliyə uyğun olaraq tətilin yenidən başlanıb-başlanmayacağı məsələsi bazar ertəsi gündüz müzakirə ediləcək.

AES-in idarə olunmasını həyata keçirən “MVM Paksi Atomerőmű Zrt” şirkəti tətil müddətində obyektin mühafizə olunması funksiyalarını öz üzərinə götürüb.

Həmkarlar ittifaqı əlavə güzəştlər haqqında razılıq əldə edilməyəcəyi təqdirdə çərşənbə axşamı İnnovasiyalar və Texnologiyalar Nazirliyinin qarşısında nümayiş keçirməyi, sonra isə tətilə yenidən başlamağı planlaşdırır. “MVM Paksi Atomerőmű Zrt” şirkəti isə həmkarlar ittifaqının tələblərini “son dərəcə ədalətsiz tələblər” adlandırıb.

Paylaş