İndoneziyada əhaliyə XƏBƏRDARLIQ: Vulkan püskürəcək

Google+ Pinterest LinkedIn Tumblr +

İndoneziyada əhaliyə Anak-Krakatau (Krakataunun uşağı) vulkanının püskürmə riski ilə bağlı xəbərdarlıq edilib.

Biosfer.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzindən verilən açıqlamada bildirilir. Vulkanın son zamanlar baş verən tektonik hərəkətlilik səbəbindən ani partlama riskinin daşıdığı bildirilən məlumatda əhalidən təbii fəlakət zonasına beş kilometrdən çox yaxınlaşmamaq tələb olunur.

Qeyd edək ki, ötən il dekabrın 22-də baş verən püskürmə zamanı vulkanik süxurun qismən dağılması sunaminin yaranmasına səbəb olmuşdu. Nəticədə 430 nəfər həlak olmuş, 7200 nəfər yaralanmış, 40 minə yaxın insan yaşayış yerlərini tərk etmişdi.

Paylaş