Dünən axşam saat 21 radələrindən etibarən Ermənistanın əksər bölgələrində son illərdə görünməmiş qar yağıb.
Biosfer.az virtualaz.org-a istinadən bildirir ki, təkcə Yerevan-Gorus magistralında 1000-dən çox maşın yolda qalıb.
60-dan çox xilasedicinin yardımına baxmayaraq, cəmi 500-ə yaxın maşın qarın altından çıxarılıb. Gecə 37 nəfər çətinliklə yaxında olan hərbi hissəyə aparılıb.
Amasiya və Aşotsk rayonları isə əlçatmaz sayılır.