Əfqanıstanın cənubunda leysan yağışlarının yaratdığı daşqınlar nəticəsində uşaqlar da daxil olmaqla, 20 nəfər ölüb, azı 10 nəfər itkin düşmüş hesab edilir.
Biosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Humanitar Fəaliyyətin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.
Bildirilir ki, leysan yağışlar cümə günü ölkənin cənubunda yerləşən Qəndəhar əyalətinə yağmağa başlayıb. Son 30 saat ərzində təqribən 97 millimetrə qədər yağıntı düşüb.
Bundan əlavə, infrastruktura ciddi ziyan dəyib. Təkcə Qəndəhar şəhərində 60-a yaxın ev dağılıb və ya ziyan çəkib. Daşqınlardan əziyyət çəkən ailələr təhlükəsiz ərazilərə təxliyyə olunublar.