Fransada fevral ayı üçün yeni temperatur rekordu qeydə alınıb.
Biosfer.az xəbər verir ki, Fransa Milli Meteorologiya Mərkəzinin məlumatına görə, fevralın 27-si günorta saatlarında +21,3 dərəcə temperatur qeydə alınıb ki, bu da indiyədək Fransa üçün sözügedən ayda ən yüksək göstərici olub.
Bu vaxtadək fevral ayında ən isti il 1960-cı il 26 fevralda müşahidə edilib. Həmin vaxt temperatur +20.2 dərəcə olub.
Fevralın 27-də Fransadan başqa qonşu ölkələrdə də hava çox isti keçib. Böyük Britaniyanın paytaxtı Londonda havanın temperaturu +21.2 dərəcəyə çatıb.
Bir çox ekspertlərin rəyinə görə, havanın temperaturunun bu dərəcədə yüksək olması planetdəki istiləşmə ilə əlaqəlidir.